Milli Məclisin yaz sessiyasının bu gün ilk plenar iclası keçirilir.
SHOWNEWS.AZ məlumatına görə, iclasda çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, kommunal sahədə müəyyən tənzimləmələrə ehtiyac yaranıb:
“Məsələn, suyun, qazın qiymətiylə bağlı doğru izahat verilməlidir. O cümlədən şəhid ailələri ilə bağlı problemə aidiyyatı qurumlar doğru izah verməli idi. Bu məsələ dövlət başçısına çatan kimi Prezident məsələni həll etdi. Məmur özbaşınalığı müəyyən qədər görülən işlərə töhmət gətirir. Ona görə məsələlərlə bağlı məmurlar vaxtında izahat verməlidirlər”.