“Dünən birdən-birə eşidirik ki, suyun qiyməti iki dəfə artırılır”.
SHOWNEWS.AZ xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında deyib.
O təklif edib ki, yaz sessiyasında Tarif Şurası da parlamentə dəvət edilsin: “Bilək ki, onlar hansı meyarlarla qiyməti dəyişirlər. Məsələn, qaz sayğaclarını dəyişən kimi abonentin borcları artır. Ölkənin vəziyyətini stabil saxlamağa borclu olan orqanların burada dinləmələrini keçirməliyik”.