Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Qarabağdakı nizamlanma Türkiyə ilə müzakirə olunmalıdır” - Medvedev

“Qarabağdakı nizamlanma Türkiyə ilə müzakirə olunmalıdır” - Medvedev

“Qarabağda nizamlanma Türkiyə ilə də müzakirə edilməlidir, bölgənin reallıqları belədir”.

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bu gün jurnalistlərə müsahibəsində bildirib.

“Türkiyə bizim qonşumuz və çox vacib tərəfdaşımızdır. Və Azərbaycan üçün çox yaxın bir ölkədir. Bu amil gözardı edilə bilməz”,- deyə Medvedev qeyd edib.

 

Onun sözlərinə görə, Moskva və Ankara məhsuldar bir dialoq qurublar, iki ölkə Prezidentləri bu mövzuda davamlı ünsiyyət qurublar, Türkiyə və Rusiya rəsmilərinin iştirak etdiyi ümumi işlər üçün xüsusi bir nəzarət mərkəzi yaradılmasına qərar verilib.

Medvedev həmçinin, yanvarın 30-da açılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini şərh edərkən bu mövqeyini bir daha təkrarlayıb.

“Bu həm də ümumi sabitləşmə elementidir. Ancaq bunu bəzi uzunmüddətli siyasətin elementi kimi qiymətləndirməzdim və ya burada sui-qəsd nəzəriyyələrindən birini qurmazdım. Sadəcə bölgəmizdə mövcud olan reallıqları nəzərə almalıyıq. Və reallıqlar elədir ki, bu gün bu məsələ Türkiyədən olan tərəfdaşlarla müzakirə edilməlidir”,- deyə Medvedev vurğulayıb.