Bu gün - 1 fevral tarixindən Rusiya və Ermənistan arasında aviareyslər bərpa olunub. Bir sıra mütəxəssislərin fikrincə, bu hadisə ölkədəki ən ağır iqtisadi vəziyyət fonunda Ermənistan vətəndaşlarının “böyük köçü” ilə nəticələnə bilər.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə “Vestikafkaz.ru” məlumat yayıb.
Məlumata görə, Ermənistanın VETO təşkilatının rəhbəri Narek Malyan öz “Facebook” hesabında “Ermənistan tarixindən ən böyük köç başlayır” deyə yazıb.
"Əminliklə deyə bilərəm ki, gələn ay görünməmiş bir mühacirət olacaq. Ermənistan Respublikasının vətəndaşları sabah böyük qruplar və ailələr halında Rusiyanın digər şəhərlərinə köç edəcək, Rusiyanın xidmət sektorundakı işləri tutacaq".
"Əminəm ki, Rusiyanın Rostov, Pskov, Vladikavkaz və digər orta şəhərlərindən olan ermənilər, öz vətənlərində yaşayan xalqımıza vətənpərvərlik öyrətməyə davam edəcək, onları bel çantalı Nikolanı sevməyə məcbur edəcəklər”, - deyə Malyan qeyd edib.
Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan isə “Vestnik Kavkaza”nın müxbirinə verdiyi müsahibədə “Ermənistan vətəndaşlarının Rusiyaya köç etməsi bir sıra amillərdən asılı olacaq, amma tərk etmək istəyənlərin sayının çox olması gözlənilir.
“Bizdə adətən Rusiyada işləyən kifayət qədər böyük insan kütləsi var, keçən il yollar onlar üçün bağlanmışdı. Ermənistanda işləyənlər üçün hazırki şərait arzuolunan bir şeydir, çünki keçən il işini itirənlər çox olub. Ermənistanda indi həm daxili vəziyyətdən, həm hakimiyyət siyasətindən narazılığın olmasına baxmayaraq miqrasiyanın böyük hissəinin işçi qüvvəsindən olacağı ehtimal olunur".
Müxalif “Çiçəklənən Ermənistan” partiyasından olan millət vəkili Naira Zohrabyan isə “Bu gün Rusiya sərhədlərinin Ermənistan vətəndaşları üçün açılması ilə Ermənistandan Rusiyaya rekord miqrasiyanın başlanğıcı olacaq”.
Siyasətçi Rusiyaya gedən sərnişin trafikini müşahidə etmək üçün İrəvanın Zvartnots hava limanını ziyarət edib:
“Hava limanından təzəlikcə gəldim. Deputat olaraq vəziyyətin nə olduğunu görmək istədim və vəziyyətin nə qədər gərgin olduğuna dair heç bir fikriniz yoxdur. İnsanlar Moskvaya birtərəfli biletlər alırlar və dünən gecə isə qiymətlər 800-900 dollar səviyyəsinə çatıb".
"Rusiyaya uçuşlarda belə ajiotaj səviyyəsində tələb heç vaxt olmamışdı. Ermənistan son 30 ildə ən böyük miqrasiya ilə qarşılaşacaq, hətta keçən əsrin 90-cı illərində belə bir şey yox idi”, deyə erməni deputat qeyd edib".
Bizim.Media