Xankəndidə Azərbaycan bayrağının dalğalanacağı xəbəri ermənilər arasında müzakirə mövzusuna çevriləndən sonra separatçı-terrorçu Vitali Balasanyan bunu təkzib etdi.
SHOWNEWS.AZ xəbər verir ki, Balasanyan iddialı danışır və Xankəndidə Azərbaycan bayrağının dalğalanmayacağını deyir. Əlavə edir ki, “Qarabağın sərhədlərini” qorumaq üçün yeni qüvvələr cəlb olunur.
Balasanyanın bu açıqlamasının erməniləri sakitləşdirməyə hesablandığı məlumdur. O da məlumdur ki, Vitalinin müharibədən sonra “vəzifəyə” qayıtmasının altında başqa mətləblər də yatır.
Laki burada diqqət çəkən məqam Ermənistan mediasının Balasanyanı təkzib etməsidir.
“Ermənistanın səsi” saytı yazır ki, Balasanyan “Qarabağ ordusu”nun ləğv ediləcəyini təkzib etmir, ümumiyyətlə bu haqda danışmır, sadəcə ümumi müdafiədən bəhs edir.
“Halbuki, “Qarabağ ordusu”nun ləğv ediləcəyi haqqında şifahi razlaşmanın olduğu deyilir. Bu razılaşmaya görə, erməni silahlıları çıxarılır, sonrakı dövrdə idarəçilik Azərbaycana keçir. Balasanyan bildirir ki, bu olmayacaq, amma Xankəndidə əsas müzakirələr və informasiya məhz bu istiqamətdədir”, - sayt yazır.
Erməni teleqram kanalları da Xankəndidə tezliklə Azərbaycan bayrağının dalğalanacağını yazırlar.
// Publika.az