Azərbaycan əsgəri Gorus rayonunun Xinzirək kəndindədir (Nerkin Xndzoresk).
SHOWNEWS.AZ erməni KİV-lərinə istinadən xəbər verir ki, kənd Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası prosesinə daxil edilib.
Kəndin bələdiyyə sədri Ervand Malunts “Facebook” hesabında bu məlumatı təkzib edib.
Lakin daha sonra o, belə deməyə məcbur olduğunu etiraf edib.
“İnformasiyanı təkzib edə bilmirəm, reallıq budur, lakin məndən tələb olundu ki, təkzib məlumatı yayım. Demarkasiya işləri kəndin yanında aparılır”, - erməni jurnalistlərin zənginə cavab verən icma rəhbəri belə deyib.
// Publika.az