Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Vəzifəyə təyin olunan Arutyunyanın "canlı ölü" olduğu ortaya çıxdı

Vəzifəyə təyin olunan Arutyunyanın "canlı ölü" olduğu ortaya çıxdı

44 günlük müharibədə ordumuzun dəqiq zərbə ilə sıradan çıxardığı separatçı rejimin “müdafiə naziri” Cəlal Arutyunyanın sağaldığı haqda məlumatlar yalan çıxıb.

SHOWNEWS.AZ 
xəbər verir ki, bir neçə gün öncə Cəlal Arutyunyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi təyin edilib.

Ermənistan rəsmiləri Arutyunyanın sağaldığını, hətta müsahibə verdiyini və mühüm vəzifəni icra etmək qabiliyyətində olduğunu deyirlər.

Lakin “iravunk” qəzeti məsələni araşdırıb. Məlum olub ki, Arutyunyan Eribuni Tibb Mərkəzinin reanimasiya şöbəsindədir.

“Mənbəmiz bildirir ki, general huşsuz vəziyyətdədir. Lakin bəzi məmurlar onun sağaldığını iddia edirlər”, - qəzet yazır.

Erməni neyrocərrah Marina Xaçatryan da C.Arutyunyanın sağalmaq ehtimalının az olduğunu deyib.

“Generalın ağır beyin zədəsi var, bu qədər tez sağalması və vəzifəyə başlaması inandırıcı deyil. Görünür, onun üzərindən çirkin siyasi oyun oynayırlar”, - erməni həkim bildirib.//Publika