Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Zəngilanda ölkəmizə həmrəylik nümayiş etdirib.
Səfir Zəngilanın Ermənistan tərəfindən dağıdılmış məscidində namaz qılıb. O daha sonra qeyd edib:
"Həmd olsun ki, bu torpaqlar öz sahibinə qayıtdı və biz burada namaz qıla bildik".
Qeyd edək ki, səfir xarici ölkə diplomatlarının Cəbrayıl və Zəngilana səfəri çərçivəsində həmin bölgələrdə olub.