"Yayda koronavirusa qarşı immuniteti formalaşan insanların sayı 60 faizə çatacaq”.
TASS-ın məlumatına görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. D.Peskov qeyd edib ki, artıq avqust ayında pandemiyadan əvvəlki həyat ritminə qayıtmaq olacaq.
"Alimlərin hesablamalarına görə, adi həyat ritminə qayıtmaq üçün məhz 60 faiz səviyyəsində dünya əhalisində immunitet olması vacibdir”, - deyə D.Peskov bildirib