Türkiyə 10 il müddətində 10 kosmik hədəfə çatmağı planlaşdırır.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyip Ərdoğan bildirib.
1. 2023-cü ildə - Cümhuriyyətin 100 illiyində Aya enmək;
2. Yeni nəsil peyk sahəsində dünya səviyyəsində rəqabət edə biləcək marka yaratmaq;
3. Türkiyəyə məxsus peyk naviqasiya sistemini yaratmaq: (bu, xüsusilə hərbi əməliyyatlar üçün vacibdir, sistemin yaradılması layihəsi də Türkiyə Silahlı Qüvvələrinə məxsusdur);
4. Kosmik stansiya qurmaq;
5. İnvestisiya yatıraraq, kosmosda təsir imkanlarını artırmaq;
6. Astronomik müşahidələrin daha yüksək səviyyəyə çatdırmaq;
7. Kosmik sənayeni inkişaf etdirmək;
8. Kosmik texnologiyalar bölgəsi yaratmaq;
9. Kosmik sənaye sahəsində mütəxəssisləri hazırlamaq;
10. Və nəhayət, kosmosa türk kosmonavtını göndərmək;