Ukrayna Rusiyaya məxsus yeni növ koronavirus (COVID-19) peyvəndinin qeydiyyatını qadağan etdiyini açıqlayıb.
SHOWNEWS.AZ "TRT Haber"ə istinadla xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar verib.
Qərara görə, COVID-19 peyvəndinin satınalınması və sınaqdan keçirilməsi COVID-19 Peyvəndlərinin Qlobal Giriş Proqramı (COVAX) çərçivəsində həyata keçiriləcək.
Həmçinin Rusiyaya məxsus COVID-19-a qarşı peyvəndlərin və digər dərmanların qeydiyyatı qadağan edilib.
Bildirilib ki, COVAX çərçivəsində 8-16 milyon peyvənd alacağını planlayan Ukrayna Çində əczaçılıq şirkəti olan Sinovac Biotech ilə 2020-ci ilin dekabr ayında 1.9 milyon doza peyvənd üçün müqavilə imzalanıb.