Tvitter sosial şəbəkəsi ABŞ-ın keçmiş Prezidenti Donald Trampın patformasını blokdan çıxarmayacaq.
"Qafqazinfo" "Fox News"a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin maliyyə məsələləri üzrə vitse-prezidenti Ned Siqal bildirib:
"Bizim siyasətimiz belədir: əgər siz platformadan silinmisinizsə, şərhçi, maliyyə direktoru, keçmiş və ya indiki siyasətçi olmağınızdan asılı olmayaraq, ora qaytarılmırsınız. Yəni, şirkətin qaydalarına əsasən istifadəçinin sosial statusundan asılı olmayaraq, platformaya qayıdışına icazə verilmir".
Qeyd edək ki, tvitterlə yanaşı, feysbuk, instaqram və digər sosial şəbəkələr Trampın hesablarını müxtəlif müddətədək bloklayıb. Bu qərardan sonra Trampın müşaviri açıqlama verərək onun sosial şəbəkələr olmadan daha xoşbəxt yaşadığını demişdi.