Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Bakının icazəsi olmadan Xankəndi aeroportundan quş belə uça bilməz” - Politoloq

“Bakının icazəsi olmadan Xankəndi aeroportundan quş belə uça bilməz” - Politoloq

Keçmiş qondarma separatçı rejiminin prezident administrasiyasının rəhbəri Artak Beqlaryan Rus sülhməramlılarının Xankəndi hava limanına bitişik ərazidə tikinti işləri aparıldığını deyib.

O, qeyd edib ki, iş qondarma rejimin icazəsi ilə keçirilir və tezliklə sülhməramlı yüklərin daşınması üçün hava limanı fəaliyyətə başlayacaq.

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə məlumatı “news.am” erməni portalı yayıb.  

Məsələ ilə bağlı danışan politoloq İlqar Vəlizadə bildirib ki, bu, ermənilərin boşboğazlığından başqa bir şey deyil.

“Ola bilər ki, Vətən müharibəsi zamanı ermənilər Azərbaycan ordusunun teziklə Xankəndiyə, Xocalıya gələcəyindən qorxaraq, hava limanını minalayıblar. Hazırda bəlkə də bunları təmizləməklə məşğuldurlar. Çünki işlərin xarakteri barədə heç bir məlumat verilməyib. Bundan başqa hava limanını xüsusi naviqasiya ilə təchiz oluna bilər”.


Politoloq həmçinin qeyd edib ki, müharibə dönəmində olduğu kimi erməni hakimiyyəti hələ də xalqını aldatmaq, cəmiyyət içində çaşqınlıq yaratmaq üçün bu cür ucuz yolları seçirlər.

“Rus sülhməramları həm Azərbaycan, həm də Ermənistan tərəfindən rahat şəkildə bütün yüklərini gətirə bilər və hərəkət edə bilərlər".

"İnanmıram ki, belə bir halda orada Rusiya hansısa xüsusi işlər görsün. Bu Rusiyaya lazım deyil".

"Görünür ki, bunlar cəmiyyətdə çaşqınlıq yaratmaq üçün ermənilərin yaydıqları boş-boş söhbətlərdir". 

"Məsələnin ən mühüm məsələsi isə, hava limanında nə qədər ciddi iş aparılsa, ora milyonlarla sərmayə qoyulsa belə, Azərbaycanın icazəsi lmadan orda bir quş belə havaya qalxa bilməz".

"Rusiya bunu çox gözəl bilir, inanmıram ki, o Azərbaycana qarşı belə bir addım atsın”.

Vüsalə Balayeva, Bizim.Media