Daha 106 erməni hərbçinin meyiti Ermənistana verilib.
SHOWNEWS.AZ APA-ya istinadən xəbər verir ki, rusiyalı sülhməramlı kontingentin vasitəçiliyi ilə Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olan 106 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib.
Erməni tərəfi meyitlərin kimliyinin müəyyən olunması üçün ekspertiza təyin edildiyini açıqlayıb və həmçinin qeyd edilib ki, digər ölənlərin axtarışları da davam etdirilir.
Eyni zamanda, bildirilir ki, tərəflər 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün də səy göstərirlər.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdən indiyədək 1379 erməninin meyitinin tapıldığı açıqlanıb.