Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ermənilər narahatdır, sülhməramlılar əcnəbilərin girişinə icazə vermir

Ermənilər narahatdır, sülhməramlılar əcnəbilərin girişinə icazə vermir

Rus sülhməramlıların nəzarəti altında olan Dağlıq Qarabağdakı ermənilərin sıx yaşadığı ərazilərə əcnəbilərin girişinə icazə verilmir. İndi Qarabağın bu bölgələrinə daxil olmaq istəyən əcnəbilərin siyahısı əvvəlcədən rus sülhməramlılarına təqdim olunmalıdır.

 

SHOWNEWS.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistanın diaspor məsələləri üzrə baş səlahiyyətli nümayəndəsi Zareh Sinanyan "RİA Novosti"yə açıqlamasında bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə müzakirə etdiyini bildirib.

 

"Rusiya və ya Ermənistan vətəndaşlığı olmayan insanlar bununla əlaqədar problemlər yaşamağa başlayırlar. Nəhəng bir diasporumuz var, yayda Ermənistana gəlməyə öyrəşiblər, onlar həm də Dağlıq Qarabağı ziyarət etməyi sevirlər və bu yay bir çox insan Dağlıq Qarabağa getmək istədiyi halda, hazırki rejim səbəbindən bunu edə bilməyəcəklər",- deyə Sinanyan qeyd edib.

 

Sinanyan bildirib ki, indiki qaydaya görə, Qarabağa səfərdən 7 gün əvvəl ərizə göndərmək lazımdır. Daha sonra Rusiya sülhməramlılarına siyahı göndərilir və onlar kimin girişinə icazə olub-olmadığına qərar verirlər.

 

"İndi pandemiyanın bitmədiyi və turizm mövsümünün başlamadığı üçün hələ ki, müraciətlər azdır. Ancaq getmək istəyənlər hələ də var, təşkilatların və ölkəyə girişi qadağan edilən insanların siyahısı var",- deyə Sinanyan əlavə edib.