Çin ABŞ-la ticarət müharibəsinə hazır olduğunu elan edib.
Pekin ABŞ-da Çin investisiyaları üçün maneələr yaratmağa hazırdır.
Bu barədə Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Gao Fenq bildirib.
“Biz qətiyyətlə birtərəfli tədbirlərə qarşı çıxış edirik. Ümid edirəm ki, Birləşmiş Ştatlar qlobal tendensiyalara uyğun hərəkət edəcək. Çin Vaşinqtonun istənilən hərəkətinə hazırdır”, — deyə o vurğulayıb.
Məmur qeyd edib ki, Çin kapitalı sayəsində ABŞ-da çoxlu sayda yeni iş yerləri yaradılıb və Pekin bu yolla Amerikanın iqtisadiyyatının inkişafına stimullaşdırıcı təsir göstərib.
Xatırladaq ki, prezident Donald Trampın ticarət müharibəsinə görə bu ilin mart ayında Çin və onun ən böyük iqtisadi tərəfdaşı olan ABŞ arasında münasibətlər pisləşib.
Donald Tramp polad və alüminium idxalına müvafiq olaraq 25 və 10 faiz rüsum tətbiq edib. Bununla yanaşı, Amerika lideri martın 22-də "Çinin iqtisadi təcavüzü" ilə mübarizə haqqında memorandum imzalayıb. Çin, öz növbəsində, aprelin 2-də təxminən 130 ABŞ məhsulunun idxalına 25 faizədək rüsum tətbiq edib.
Sputnik