Qarabağ münaqişəsi zonasında aparılanaxtarış işləri zamanı daha 5 ermənihərbçinin meyiti tapılıb və Ermənistana təhvil verilib.
Bu barədə “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir. Meyitlər Hadrutda aparılan axtarışlar zamanı aşkarlanıb və Ağdərə istiqamətində qarşı tərəfə verilib. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizaları aparılacaq.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 551-ə çatıb.