Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb.
Bu barədə SHOWNEWS.AZ-a İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib.
O bildirib ki, X. Bayramova icra başçısı Vüqar Zeynalovun əmri ilə vəzifəsindən azad edilib.
Qeyd edək ki, Xalidə Bayramova 2007-ci ildən etibarən Səbail Rayon İcra Hakimiyyətində birinci müavin vəzifəsini icra edirdi.