Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Lavrov Bakıda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

Lavrov Bakıda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycan Respublikasında səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mayın 11-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini ehtiramla yad edib.

Rusiyanın xarici işlər naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

Sergey Lavrov mayın 11-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Ziyarət çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Rusiya XİN başçısı Bakıdakı “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksini ziyarət edib.

İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş qəhrəmanların xatirəsi ehtiramla yad olunub.