Ermənistan baş naziri Nikol Paşinyan hal hazırda Təhlükəsizlik Şurasının iclasını keçirir. Müzakirə mövzusu, Azərbaycan qoşunlarının Zəngəzurda irəliləməsi olduğu bildirilir.
SHOWNEWS.AZ xəbər verir ki, Paşinyan Təhlükəsizlik Şurasının iclasında bunları bildirib:
"Azərbaycan qüvvələri Ermənistanın dövlət sərhədini keçərək 3,5 kilometr içəri irəliləyib və Sünik bölgəsinin Qara gölünü işğal etməyə çalışırlar. Bu, Ermənistanın suveren ərazisinə təcavüzdür, bu yolverilməzdir. Ermənistan Silahlı Qüvvələri lazımi tədbirləri gördü, lakin vəziyyəti danışıqlar yolu ilə sülh yolu ilə həll etməyə çalışırlar. Ermənistan və Azərbaycan qüvvələri arasında atışma olmayıb, lakin vəziyyət gərgindir. Bakı isə özündən uydurduğu xəritələri göstərir və ərazinin onlara aid olduğunu sübut etməyə çalışır, lakin Sovet xəritələri bunun əksini göstərir. Ora Ermənistanın qanuni ərazisidir".
Azərbaycan hərbçiləri tutduqları ərazilərdən geri çəkilməyib.