Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ankaranın rəmzi sayılan Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Ankaranın rəmzi sayılan Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.

SHOWNEWS.AZ "AzərTAc"a istinadən xəbər verir ki, Atakule üstündəki işıq-şou 28 May – Respublika Günü münasibətilə təşkil olunub. Rəngli tabloda yazılan “Azərbaycanın milli günü mübarək olsun!” ifadəsi qüllədə davamlı olaraq “hərəkət edir”.

 

Qeyd edək ki, milli təqvimimizə aid mühüm günlərdə Atakulenin Azərbaycana dəstək və həmrəylik nümayişi məqsədilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılması ənənə halını alıb.

İşıq-şou yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.