Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan müharibədə məğlub olmaları ilə bağlı qeyri-adi açıqlaması ilə gündəm olub.
“Qafqazinfo” erməni mediasına istinadən xəbər ki, Paşinyan bu məğlubiyyəti “Allah onlardan üz çevirdiyi üçün” yaşadıqlarını deyib:
“Bizim üçün ən böyük, ən ağır sual – 2020-ci ildə niyə belə bir uğursuzluq başımıza gəldi? Bunun müxtəlif səbəbləri ola bilər – hərbi, siyasi, geosiyasi, iqtisadi... Bu gün məndə belə bir fikir yaranıb – sizə qeyri-adi görünsə də, bölüşəcəm. Düşünürəm ki, 12-ci Zəburda deyildiyi kimi: Allah bizdən üz çevirdi”.
Paşinyan daha sonra Araqatsavan vilayətində sakinlərlə görüş zamanı cənnətdə yaşadıqlarını bildirib. O deyib ki, bu ideya onda ölkənin müxtəlif bölgələrini ziyarət etdikcə yaranıb: “Ancaq bu günə qədər insanlar bu cənnətdən zövq ala bilməyiblər. Biz Ədən bağında yaşayırıq, əksər hissəsi istifadə olunmayıb”.