Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“3-cü doza vaksinasiya ilə bağlı müzakirələr aparılır" - Ramin Bayramlı

“3-cü doza vaksinasiya ilə bağlı müzakirələr aparılır" - Ramin Bayramlı

"Növbəti mərhələdə 3-cü doza vaksinasiya ilə bağlı elm adamları, Operativ Qərargah tərəfindən müzakirələr aparılır. Bununla bağlı qərarlar ictimaiyyətə açıqlanacaq".

 

AZXEBER.COM bildirir ki, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı deyib.

 

O bildirib ki, iki doza vaksin tətbiqindən sonrakı dozanın hansı vaksin olması ilə bağlı da dünyada tədqiqatlar aparılır: "Bununla bağlı bütün statistik tədqiqatlar, elmi araşdırmalar toplanılır və qərarlarımız ictimaiyyət açıqlanacaq. Ölkədə hansı vaksinə tələbat olacaqsa, effektivliyi ilə bağlı daha önə çıxacaqsa, onlar təmin ediləcək. Bu gün bütün vaksinlər təhlükəsizdir".