Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Oğlu şəhid olan Xalq artistinə PREZİDENT EV VERDİ

Oğlu şəhid olan Xalq artistinə PREZİDENT EV VERDİ

Prezident İlham Əliyev şəhid Baş leytenant Rövşən Nurzadənin ailəsinə 2 otaqlı, şəhidin atası - Xalq artisti Əli Nura isə 4 otaqlı mənzil hədiyyə edib. 

Bunu “Qafqazinfo”ya açıqlamasında Xalq artistinin özü bildirib. 

Əli Nur diqqət və qayğısı üçün Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib:

 

“Mənim üçün, ailəm üçün böyük sevinc oldu. Şəhərin gözəl bir yerində geniş mənzildir. Bu mənzil bizim üçün böyük hədiyyədir. Onu da deyim ki, dünən şəhid oğlumun ailəsinə də Xocasən qəsəbəsində 2 otaqlı mənzil verildi. Bir daha ailəm adından, nəvələrim adından Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlığımızı bildiririk.”

Qeyd edək ki, Əli Nur Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsüdür. Oğlu Baş leytenant Rövşən Nurzadə Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçərək qəhrəmancasına şəhid olub.

Bir müddət əvvəl “Qafqazinfo”ya müsahibə verən Ə. Nur 40 ildir birotaqlı evdə 10 nəfərin yaşadığı barədə bildirmişdi.