“Ermənistan Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanla danışıqları bərpa etməyə hazırdır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.
Paşinyan danışıqlarla bağlı ATƏT-in Minsk qrupundan konkret təkliflər gözlədiyini bildirib.
“ATƏT-in Minsk qrupunun həmsdərlərinin danışıqları bərpa etməklə bağlı çağırışlarına geri dönərək demək istəyirəm ki, Ermənistan ən yüksək səviyyəli danışıqlarda iştirak etməyə hazırdır. Biz konkret təkliflər gözləyirik”, -deyə Nikol Paşinyan vurğulayıb