Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Necə olur o “qoyun” deyəndə təhqir sayılmır, mən “donuz deyəndə...””

“Necə olur o “qoyun” deyəndə təhqir sayılmır, mən “donuz deyəndə...””

Keçmiş diplomat İsfəndiyar Vahabzadə bildirib ki, Rusiya Dövlət Dumasının deputatı və Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə ünvanına söylədiyi fikirlərdən təəssüflənmir.

O,  müsahibəsində xatırladıb ki, Jirinovski dəfələrlə Azərbaycan xalqına qarşı təhqiramiz fikirlər səsləndirib. Vahabzadə Jirinovskinin indiyədək adekvat cavab almamasından təəssüfləndiyini bildirib.

"Vaxtilə deyib ki, Azərbaycanda 8 milyon qoyun yaşayır. Sonra deyirdi ki, onların sayı 9 milyona çatdı. Necə olur, o, azərbaycanlıları qoyun adlandıranda təhqir sayılmır, mən "donuz" deyəndə təhqir sayılır ", - Vahabzadə bildirib.

O, Jirinovskinin bəyanatına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin notasını "zəif" adlandırıb. Bu, hətta etiraz notası da deyildi. "Kimsə Azərbaycanın və onun rəhbərliyinin ünvanına təhqirlərə cavab verməliydi ", - Vahabzadə deyib. 
 

XİN-dən İsfəndiyar Vahabzadənin fikirlərinə reaksiya Verib:

“İsfəndiyar Vahabzadə fəaliyyətində olan nöqsanlarına görə dövlət başçısı tərəfindən 2016-cı ildə səfir vəzifəsindən azad edilib. Belə olduğu təqdirdə, Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanını təmsil etmədiyi üçün XİN olaraq onun fikirlərini şərh etməyimiz düzgün olmazdı”.