"Ermənistan indi çox çətin bir psixoloji vəziyyətdədir. Cəmiyyət və hakimiyyət - onların 30 il ərzindəki ideoloji sütunları darmadağın edildi. 44 gün ərzində Ermənistan ordusunun müzəffər ordu olması fikrini məhv etdik”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "CNN Türk” televiziyasına müsahibəsi zamanı bildirib.
"Onlar altı xətt müdafiə zolağı qurmuşdular. Oranı keçmək böyük məharət və qəhrəmanlıq tələb edirdi. Bölgənin relyefi də onlar üçün əlverişli idi”.
Dövlət başçısı həmçinin Şuşanın azad edilməsi və Ümummilli lider Heydər Əliyevin vəsiyyətindən də bəhs edib.
"Şuşada da görəcəksiniz ki, buranın alınması möcüzə sayılır. Atamın vəsiyyəti təkcə Şuşa ilə bağlı deyildi. Şuşa alınandan sonra mən atamın qəbrini ziyarət edərək vəsiyyətini yerinə yetirdiyimi dedim. Həyatımda ən xoşbəxt günlərdən birini yaşadım.
Şuşa böyük rəmzi məna daşıyır. Təsadüfi deyil ki, mən Şuşanı mədəniyyət payaxtı elan etdim. Biz hər qarış torpağımızı azad etməliydik, bu, bizim xalq, gələcək nəsillər qarşısında vəzifəmiz idi”, - deyə İlham Əliyev bildirib.