"Dünyada çox nadir bilinən xəstəliklər var ki, bununla mübarizədə vaksin vurdurmamaq düşünülə bilər".
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. O, hamilələrin və uşaq sahibi olmaq istəyənlərin mütləq peyvənd vurdurmalı olduğunu deyib və bunu ABŞ səhiyyə Nazirliyinin belə tövsiyə etdiyini bildirib:
"ABŞ-ın Səhiyyə Nazirliyi 3 gün öncə tövsiyə edib ki, mütləq və mütləq bütün hamilələr və hamiləlik planlaşdıran insanlar peyvənd olunsunlar. ABŞ-da bu məsuliyyəti üzərinə götürən təşkilat səhv olduğu təqdirdə, təzminatının nə olduğunu bilərək bunu deyir. Bu baxımdan peyvəndə əks-göstərişlər haqqında səhiyyə qurumlarında və eləcə də səhiyyə işçilərinin istifadə etdiyi yanaşmada daha elmi əsaslara dayanan addımlar atılmasını tövsiyə edirəm".