Azərbaycanda olan bir qrup əfqan miqrant bu gün BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin qarşısında aksiya keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov sözügedən aksiyaya münasibət bildirib. E. Zahidov bildirib ki, təxminən 40 nəfər əfqan miqrant icazəsiz aksiya keçirməyə cəhd göstərib: “Onlar BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər. Aksiya icazəsiz şəkildə təşkil olunduğundan polis əməkdaşları onlarla profilaktik söhbət aparıb. Daha sonra isə aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb”.