Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib.

APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya" partiyası Köçəryanı Moskvaya dəvət edib: "Gözlənilirdi ki, sentyabrın 19-da Rusiya tərəfi ilə görüşdə təkcə partiyalararası əməkdaşlıq məsələləri deyil, digər məsələlər də müzakirə olunacaq".

O da vurğulanıb ki, birinci instansiya məhkəməsi Köçəryanın ölkəni tərk etməsinə qoyduğu qadağanı heç bir şəkildə əsaslandırmayıb: "Biz hakimiyyətin "Hayastan" blokunun siyasi fəaliyyətini məhdudlaşdırmaq məqsədi ilə məhkəməyə təzyiq nümayişinin bir daha şahidi oluruq".