Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“İranla bağlı çəkinəcək yerimiz yoxdur”

“İranla bağlı çəkinəcək yerimiz yoxdur”

“İran beynəlxalq qanunları pozaraq separatçı ermənilərə hər cür yardım edir. O cümlədən, sərhədboyu ərazilərdə bizə güc nümayiş etdirirlər. Azərbaycan həmişə İrana səmimi qonşuluq münasibətlərini davam etdirib. Ancaq İran nankorluğunu ortaya qoyub”. 

SHOWNEWS.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında deputat Fəzail Ağamalı deyib.

 

Millət vəkili bildirib ki, İranın fəaliyyəti islami dəyərlərə uyğun gəlmir və onun təhdidedici əməlləri qıcıq doğurur: “Əgər İran öz siyasətini korrektə etməsə, bizim çəkinəcək yerimiz yoxdur. Azərbaycan bu təpkilərə cavab vermək gücündədir”.