Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Təhsil yaşının beşə endirilməsinə çalışmalıyıq” - Təhsil naziri

“Təhsil yaşının beşə endirilməsinə çalışmalıyıq” - Təhsil naziri

“Qarşımızda duran çağırışlardan biri məktəbə başlama yaşıdır. Zənnimcə, hələ də gecdir. Altı yaşda başlayırıq”.

SHOWNEWS.AZ  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunda çıxış edərkən deyib.

“Bunun beş yaşa qədər azaldılmasına çalışmalıyıq ki, uşaqlar erkən yaşda öyrənməyə başlasın. Sosial-iqtisadi, yaxud da məkan baxımından olan məsələləri kənara qoyaraq...

 

Siyasət formalaşdıran tərəflər çalışmalıdırlar.

Təhsil sahəsində qarşımızda dayanan ikinci vacib məsələ təhsilin məzmunudur. Konkret olaraq nəyi tədris edirik, uşaqlara nəyi çatdırırıq? Onları nəyə hazırlayırıq?

10-15 yaşında olan uşaqlar 20-30 il sonra soruşacaqlar ki, siz bizə nə öyrətdiniz? Bunun faydası oldumu? Bunun bir dəyəri varmı? Bu, həyatımızı nə dərəcədə yaxşı mənada dəyişdi?

Biz gələcəyi görürükmü? Bu, əsas, həlledici suallardandır”, - təhsil naziri bildirib.