Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub.
SHOWNEWS.AZ məlumatına görə, dövlət başçısı səfər zamanı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.
Qeyd edək ki, bu gün Suqovuşan qəsəbəsinin və Talış kəndinin erməni işğalından azad edilməsindən bir il ötür.