Deputat Rəşad Mahmudov universitetlərdə hamilə qadınlardan əks-göstəriş sertifikatının tələb edilməsinə etiraz edib.
“Qafqazinfo”nun məlumatına görə, deputat parlamentdə qeyd edib ki, peyvəndlənmə ilə əlaqədar beynəlxalq standartlara uyğun işlər görülür:
“Bununla yanaşı tədris müəssisələrində peyvəndlənmənin vacib olduğunu bilirik. Xoş olmayan hal odur ki, hamilə olan və südəmər uşaqları olan analardan universitetlər peyvənd tələb edir. Bu gün belə bir hala görə bir nəfər tələbə adından imtina edib.
Qeyd edim ki, əks-göstəriş hüquqi cəhətdən düzgün deyil. Çünki bir ana COVID-dən vəfat edərsə, məhkəmə müraciət etmə prosesi başlaya bilər. Ona görə də biz hamilə və südəmər analara əks-göstəriş və ya peyvəndə məcbur edə bilmərik. Təhsil ocaqlarının əks-göstəriş tələb etmək düzgün deyil”.