“28 Mayı necə dövlət bayramı kimi qeyd ediriksə, 18 Oktyabrı da elə qeyd etməliyik. 18 Oktyabr da qeyri iş günü olmalıdır".
SHOWNEWS,AZ xəbər verir ki, bu təkliflə deputat Vahid Əhmədov parlamentdə çıxış edib.
O qeyd edib ki, 1918-ci ildən Azərbaycanda hökumət formalaşıb, diplomatik əlaqələr formalaşıb: “Təəssüf ki, 23 ay yaşaya bilib. 1991-ci ildə Müstəqillik Günü haqqında Konstutusiya Aktı kimi qeyd edilib. O zaman ovaxtkı millət vəkillərinin böyük rolu olmuşdu. Niyə Azərbaycan müstəqilliyini gec bərpa etdi? Çünki o vaxt Kommunist Partiyası bunu qəbul etmirdi ki, Azərbaycan müstəqil kimi yaşaya bilməz. İstiqlalçı millət vəkillərindən söhbət getdi. Bilirsiniz, indi danışmaq rahatdır.
O vaxt Azərbaycan 20 Yanvar faciəsini görmüşdü. Bu zalda 43 nəfər SSRİ-nin saxlanılmaması əleyhinə səs verdilər. Sonradan hansı mövqeni tuturlarsa, bu, məni maraqlandırmır. İstəyirəm ki, iki məsələni cənab Prezident nəzərə alsın. Qanun layihəsinin adlarını müsbət qarşılayıram. Amma 28 Mayı necə dövlət bayramı kimi qeyd ediriksə, 18 Oktyabrı da elə qeyd etməliyik. 18 Oktyabr da qeyri-iş günü olmalıdır. Müstəqillik yolunda hər şeydən məhrum olan insanlar bunun bəhrəsini görməlidir. 1991-ci ilin müstəqilliyə səs verən deputatlar müəyyən qədər öz töhfələrini almalıdırlar. Həmin insanların da mükafatını vermək lazımdır”.