Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.
SHOWNEWS.AZ xəbər verir ki, Türkiyə Prezidentini Esenboğa hava limanından Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər yola salıblar.
Prezident Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşayiət edir.