8 Noyabr Zəfər Günü münasibətilə Şuşada hərbi parad keçiriləcək.
Bunu Modern.az-a şəhərin düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərənlərdən biri və Azərbaycan bayrağını ora sancan hərbçimiz, əslən şuşalı Səbuhi Abdullayev bildirib.
S.Abdullayev qeyd-şərtsiz Zəfər Gününü Şuşada qeyd edəcəyini vurğulayıb:
“Bununla bağlı mənə təklif gəldi, çox böyük məmnuniyyətlə, çox böyük qürurla paradda iştirak edəcəyəm. Zəfər Günü Ali Baş Komandanla bir yerdə Şuşada olmaq xüsusi qürurdur”.
Hərbçimiz deyib ki, 14 yaşında tərk eləmək məcburiyyətində qaldığı Şuşaya 26 il 8 aydan sonra qovuşub:
“Şuşaya bayraq sancmaq əvəzsiz hiss idi. Şuşada doğulub, 14 yaşıma kimi orada yaşamışam. 26 il 8 aydan sonra ora qayıtdım və bayrağı sancdım. Bir il ötməsinə baxmayaraq, hələ də bu gözəl hislərin təsirindəyəm”.