Rusiyanın Dövlət Dumasının deputatları səsvermə zamanı Mixail Mişustinin baş nazir vəzifəsinə namizədliyini təsdiqləyiblər.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə "gazeta.ru" məlumat yayıb.
Səsvermə zamanı 383 deputat lehinə səs verdi, 41-i isə bitərəf qalıb. M.Mişustinin əleyhinə heç bir deputat çıxış etməyib.
Qeyd edək ki, yanvarın 15-də Rusiya Prezidenti Vladimir Putin sabiq Baş nazir Dmitri Medvedevin rəhbərliyi ilə hazırkı hökumətin istefası barədə fərman imzalayıb.