Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbovun səhhətində problem yaranıb.
Qaynarinfo xəbər verir ki, H.Abutalıbov səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb.
Məsələ ilə bağlı danışan H.Abutalıbov Almaniyada müalicə olunmaq üçün getdiyini təsdiqləyib: "Səhhətimlə bağlı Almaniyada müayinələrə gəlmişəm. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yaxın günlərdə Bakıya qayıdacam”.