Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

DTX və DİN əməliyyat keçirdi - saxlanılan var

DTX və DİN əməliyyat keçirdi - saxlanılan var

Cəlilabad rayon sakinindən narkotik və silah-sursat götürülüb.

 

"Report" xəbər verir ki, Daxili İşlər Nazirliyindən bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ləkin kənd sakini N.İmanov saxlanılıb.

 

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 15,465 qram heroin, 10,335 qram metamfetamin, 1 ədəd nömrəsi silinmiş "Makarov” markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron və 2 ədəd gecəgörmə cihazı aşkar edilərək götürülüb.