Helikopter qəzası zamanı şəhid olan 14 şəxs arasında yalnız bir nəfərin adının önündə rütbəsi yazılmayıb. Sözügedən şəxsin kim olması isə xüsusilə maraq doğurub.
AZXEBER.COM xəbər verir ki, 14 şəhidin içində adı "İşçi Nəbiyev” yazılan şəxs - təqaüddə olan polkovnik Nəbiyev Elçin Fikrət oğludur.
Məlumata görə o, Rail Rzayevin zamanında Azərbaycanın baş şturmanı, HHMQ və HHQ Baş Qərargah rəisi olub.
Elçin Nəbiyev SSRİ zamanında Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirə bilən yeganə azərbaycanlıdır.
O, birinci Qarabağ müharibəsində könüllü şəkildə iştirak edib və düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb.
Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb.
44 günlük İkinci Qarabağ Müharibəsində uğurlu əməliyyatların tərtibinidə müəlliflərdən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakçılarından biri olub.
Azərbaycan pilot məktəbinin yetişdirdiyi həm nəzəri, həm də praktiki cəhətdən peşəkar kadr kimi onun adı hər zaman çəkilib.
Allah rəhmət eləsin!