Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Helikopter qəzasında şəhid olan və xəsarət alan hərbçilərə nə qədər kompensasiya veriləcək? - AÇIQLAMA

Helikopter qəzasında şəhid olan və xəsarət alan hərbçilərə nə qədər kompensasiya veriləcək? - AÇIQLAMA

Noyabrın 30-da Qaraheybət poliqonunda Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və xəsarət alanlara təyin olunan sığorta ödənişinin həcmi açıqlanıb. 

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev məlumat verib.

“Həmin qəzada 14 hərbçimiz şəhid olub, 2 hərbçimiz xəsarət alıb. Bu cür hadisələr Azərbaycan Respublikasının Hərbi Qulluqçuların İcbari Şəxsi Sığortası haqqında qanunla tənzimlənir. Bununla əlaqədar sığorta ödənişləri nəzərdə tutulur. Ödənişlər Azərbaycan Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilir.

 

Şəhidlərin vərəsələrinə birdəfəlik 11 min manat, xəsarət almış hərbçilərimizə isə üç qrup əlillik dərəcəsinə görə I qrup əlillik dərəcəsi üzrə 8 800 manat, II qrup əlillik dərəcəsinə görə 6 600 manat, III qrup əlillik dərəcəsi üzrə 4400 manat birdəfəlik sığorta ödənişi nəzərdə tutulub. Əlillik dərəcəsi yoxdursa, iki kateqoriya üzrə - xəsarət hallarına görə ağır xəsarət almış hərbçilərə 2700 manat, yüngül xəsarət almış hərbçilərə 550 manat birdəfəlik sığorta ödənişi nəzərdə tutulub”, - deyə o qeyd edib.