İndiyə qədər Azərbaycanda 50 653 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, bu ilin yanvar-noyabr aylarında həmin aparatlar üzrə dövriyyə təxminən 14 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 85,8 % çoxdur.