Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Belə olduğu halda Azərbaycan da Laçın dəhlizinə gömrük postu qoyacaq - ŞƏRT

“Belə olduğu halda Azərbaycan da Laçın dəhlizinə gömrük postu qoyacaq - ŞƏRT

“Bu gün Laçın dəhlizində heç bir gömrük postu yoxdur”.

Bunu Prezident İlham Əliyev Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında deyib.

 

“Zəngəzur dəhlizində də heç bir gömrük post olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, eynilə biz də Laçın dəhlizində gömrük postunun açılmasını təmin edəcəyik.

Qərar Ermənistan tərəfindən verilməlidir. Hər iki varianta açığıq, ya hər iki tərəfdə gömrük post olmalıdır, ya da heç olmamalıdır”, - dövlət başçısı qeyd edib.