Xəbər verdiyimiz kimi, dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.
Görüşdə kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub.
Belə ki, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan dəmir yolunun çəkilişinə tezliklə start verəcək.