“Azərbaycanda restoranların fəaliyyətinə icazə verilən saat limitinin artırılması müzakirə olunmur”.
Bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, “Omicron” ştamına görə bir çox ölkələr qapanmaya gedir, hətta restoranlar qapadılır: “Buna görə də Azərbaycanda restoranların iş saatının uzadılması indiki halda real deyil”.
Qeyd edək ki, hazırda ölkədə restoranlar gecə saat 12-yə qədər işləyə bilər.