Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, AMEA-nın prezidentinin vəzifə maaşı 3084 manata çatdırılıb.
Qeyd edək ki, bundan əvvəl AMEA prezidentinin vəzifə maaşı 2570 manat təşkil edirdi.