Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanda Avropa "Şərəf" ordeninə İLK DƏFƏ Ruhi Əliyeva layiq görüldü

Azərbaycanda Avropa "Şərəf" ordeninə İLK DƏFƏ Ruhi Əliyeva layiq görüldü “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva nüfuzlu mükafatlara layiq görülüb.

News24.az-ın məlumatına görə, mükafatlandırma mərasimi “Liatris Holding”də baş tutub. 

İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (UNCOPA) təşkilatı 10 yanvar 2022-ci il, 146 saylı qərarla insanlığa, dünya mədəniyyətinə və iqtisadiyyatına xidmətlərinə görə, Ruhi Əliyevanı Avropa “Şərəf” ordeni ilə təltif edib. 


Həmçinin, Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası iş xanımı Ruhi Əliyevaya ötən ilin yekunlarına görə, “TÜRK DÜNYASINDA İLİN İŞ ADAMI” fəxri adını verərək “Altın Yıldız” medalına layiq görüb.

Mükafatları Ruhi Əliyevaya təqdim edən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən Birləşmiş Millətlər Sosial Təltiflər şurasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə saytımıza açıqlamasında təəssüratlarını bölüşüb.

O, əvvəlcə təşkilat və fəaliyyəti barədə məlumat verib: “2009-cu ildən Azərbaycan İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (UNCOPA) təşkilatının tamhüquqlu üzvlüyünə qəbul edilib. BMT-nin üzvü olan 150-ə yaxın ölkə bu təşkilatda yer alır. Qurumun əsas məqsədi dünya insanlığına xidmət göstərən şəxslərin əməklərini dəyərləndirib, müxtəlif fəxri adlar, orden və medallarla təltif edərək dünya ölkələri arasında onların işlərini nümunə kimi təbliğ və təşviq etməkdir. 12 il ərzində həm ölkəmizdə, həm də ölkəmizin sərhədlərindən kənarda fəaliyyət göstərən 30 nəfər müxtəlif peşə sahibi olan azərbaycanlı – dövlət, elm, mədəniyyət, incəsənət, təhsil xadimləri, iş adamları və digərləri bu qurumun nominasiyaları üzrə qalibləri olub”


O qeyd edib ki, Ruhi Əliyeva insanlığa, dünya mədəniyyətinə və iqtisadiyyatına xidmətlərinə görə, Avropa “Şərəf” ordeni ilə təltif edilib: “Bu orden Azərbaycanın müstəqillik və ondan öncəki tarixlərində ilk dəfə olaraq Ruhi Əliyeva üçün təltif olunub. Çox böyük qürur və sevinc hissi ilə həmin mükafatı Ruhi Əliyevaya təqdim etdim”. 

Professor ikinci mükafat barədə isə bu fikirləri bölüşüb: “Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası ötən ilin yekunlarına görə, Ruhi Əliyevaya “TÜRK DÜNYASINDA İLİN İŞ ADAMI” fəxri adını verərək “Altın Yıldız” medalına layiq görüb. Ruhi xanım uzun illərdir Azərbaycan mədəniyyətinə, incəsənətinə, iqtisadiyyatına önəmli xidmətlər göstərib.  Onun Azərbaycan və dünya insanlığına çox kübarca, heç bir qarşılıq gözləmədən, ürəyinin sevdası və hökmü ilə etdiyi xeyriyyəçilik fəaliyyətləri bizim gözümüzün önündə olub. Ruhi Əliyevanın bütün fəaliyyətləri bizim üçün dəyərlidir. Biz ürəklə onun gördüyü işlər barəsində danışırıq. 

Protokol olaraq təltif “2021-ci ilin yekunlarına görə” yazılır. Ancaq Ruhi xanımın Türk dünyasının işgüzar xanımı olması bir ilin nəticəsi deyil. 2021-ci ildən əvvəlki illərin xidmətləri də bu mükafatın Ruhi Əliyevaya verilməsində böyük rol oynayıb”.  

Məhərrəm Əliyev 
Video/ Nicat Niftəliyev 
Foto/Teymur Məmmədov