Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Elman Rüstəmov bahalaşmadan danışdı

Elman Rüstəmov bahalaşmadan danışdı

"Dünyada ərzaq qiymətləri 23,5 faiz artıb, qiymətlərin yüksəlməsi fonunda 2022-ci ilin əvvəllərində istehlak səbətində un və un məmulatlarının bahalaşmasını qaçılmaz edib". 

 

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. 

 

O qeyd edib ki, qeyri-ərzaq məhsullarında ən çox bahalaşma yanacaq məhsullarında olub: "İnflayasiya xarici mənşəli amillərlə bağlıdır. 2021-ci ildə idxal qiymətləri 21 faizdən çox artıb. Qiymətləndirmələr göstərir ki, ev təsərrüfatları inflayasiya göstəricilərini üstələyir. Xidmət və tikinti sektorunda inflayasiya sürətlənib. 

 

2022-ci əvvəllərində inflyasiyanın azalacağının proqnozlaşdırılması tərəfdaş ölkələrdəki vəziyyətlə və monetar göstəricələrlə bağlıdır. COVİD- 19-un yeni dalğalarına baxmayaraq qlobal iqtisadi artım bərpa olunur. Neftin dünya qiymətlərində artım baş verib. 2022- ci ilin yanvar ayında neft qiymətləri 85 dollardan yüksək olub. Neftlə bağlı proqnozlar nikbindir".  

 

E. Rüstəmov əlavə edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları 7,1 milyarda manata çatıb: "Manatla pul bazası 10,2 faiz azalıb. Fiskal əməliyyatlar pul təklifinə təlabatı artıra bilər. Bank sistemi depozitlər üzrə 24,6 faiz artıb. Valyuta bazarında tarazlıq qorunur. 2021-ci ildə bazarda təklif tələbi üstələyib. Cari ildə də valyuta bazarında tarazlıq qorunacaq. İnflyasiya risk amilində əsas baza olaraq qalır.

 

Antiinflyasiya tədbirləri də inflyasiyanın artımına təsir edəcək. Bununla ölkədə əsassız qiymət artımının məhdudlaşdırılması nəzərdə tutulur. Yaxınlarda tədbirlərin bitib İqtisadi Şuraya göndərilməsi planlaşdırılır".