“Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin üzərində praktiki işə bir ildən bir qədər çox əvvəl başlanılıb”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə mətbuata birgə bəyanatla çıxış edərkən deyib.
Dövlət başçısı Bəyannamənin birinci bəndinə diqqət çəkərək bildirib ki, burada Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlərin sərhədlərin toxunulmazlığı, dövlətlərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörməti prinsipi əsasında qurulması öz əksini tapıb.